Ayaz Musayev dünyasını DƏYİŞİB

 15-07-2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə məlumatı Ayaz Musayevin yaxınları sosial şəbəkələrdə paylaşıblar.

Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 

1982-1985-ci illərdə Moskva Poliqrafiya İnsitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.

1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir" jurnalında ədəbi işçi vəzifəsində çalışıb. 

1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnalının ədəbi işçisi vəzifəsində çalışıb. 

1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində çalışıb.

1977- ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 

2006 -cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

2004-cü ildən BDU-da jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi olub.

Bənzər yazılar

0.30765604972839