Şimali Kipr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

 08-11-2023

Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.

Təbrik mətni nazirliyin "X" hesabında paylaşılıb.

"Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq", - paylaşımda bildirilib.

 

 

Bənzər yazılar

0.20712399482727