Qubada polis əməliyyat keçirib, 16 nəfər saxlanıldı 

 07-11-2023

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

 

Bənzər yazılar

0.19202208518982