Böyük Nəsimi görün nə gözəl deyib: “Haqdan qaçan haqqa çatmaz”
Neçə illərdir bala Heydər ətrafında gedən ciddi söz-söhbətlər, barəsində nüfuzlu saytlarda dərc edilən oxunaqlı yazılar mənə də geniş oxucu kütləsi ilə bu cızma qaranı bölüşməyə zərurət yaradır. Mən Bala Heydəri lap çoxdan tanıyıram, özü də sözün indiki mənasında hiyləgər, fırıldaqçı kimi tanıyıram.
Yeddi, səkkiz dəfə Həcc ziyarətində olsa da, gün ərzində neçə dəfə namaz qılsa da onun qəlbi sanki hiylə yolu ilə kiminsə varidatını ələ keçirmək, aldadıb, borc pul adı ilə pulunu alıb qaytarmamaq, ailələrin ocağını, çırağını söndürmək eşqi ilə döyünür.
Onun çirkin əməllərindən saatlarla yox, sutkalarla danışmaq mümkündür. Bir adam ki, yaşının 74-cü çağında burnunu əməliyyat etdirə, xəstə doğulan (serebral iflic) övladından imtina edib, niskilli övladını əlillər evinə təhvil verə, buna nə ad vermək olar? Bala Heydər əslən Naxçıvanlıdır. Əgər desək ki, o təkcə Naxçıvana, Naxçıvanlılara deyil, bütövlükdə xalqımıza qara ləkədir təbii ki, yanılmarıq.
Naxçıvanda müdrik ağsaqqallar, ağbirçəklər bu gün də övladlarına xeyir-dua verəndə deyirlər ki, övladım “Ulu yaradanımız səni bala Heydərin şərindən, böhtanından uzaq eləsin”
Bala Heydərin təsis etdiyi və bu gün də rəhbərlik etdiyi “Atlas” klinikası ilə bir vaxtlar sıx əlaqələrim olub. Adıçəkilən klinikada bir zamanlar çox savadlı, sanballı həkimlər işləyirdilər. Lakin həkimlərin böyük əksəriyyəti tibb avadanlıqlarının qeyri müasirliyinə və nəticədə diaqnozların yanlış təyinatına görə klinikanı tərk etmək məcburiyyətində qalırlar.
Bir faktı xüsusi qeyd etmək yerinə düşər ki, klinikada USM həkimi işləyən tanınmış həkim Azər Fərəcov istifadə etdiyi aparaturanın köhnəliyinə və diaqnozların qeyri –düzgünlüyünə görə “Atlas” klinikası ilə vidalaşaraq başqa klinikaya üz tutmalı olur.
Bala Heydər dərhal onun şəxsi işini götürərək belə bir saxta müqavilə yazır və Azər Fərəcovun əvəzindən də imzalayır ki, guya Azər həkim 2017-ci ilin sonuna qədər “Atlas” da işləməlidir, əks halda yəni, həmin vaxtdan tez getmiş olarsa, klinikaya 50 (əlli) min manat təzminat ödəməli olacaq. Hələ bu azmış kimi onu məhkəməyə verməkdən də çəkinməyib.
Əziz oxucu, hər yerdə özünü professor kimi təqdim edən Bala Heydərin heç bir hüquq normalarına sığmayan ən qatı bir cinayət addımının Siz də şahidi olun və onu yaxından tanıyın.
Klinikada hüquqları tapdalanan, Heydərin təqiblərinə məruz qalan təkcə Azər Fərəcov deyil, bu siyahıya Cəbrayıl doktoru, tanınmış terapevt Nahid Məhərrəmovu və digərlərini də əlavə etmək olar.
“Atlas” klinikasının fəaliyyəti bu gün heç bir səhiyyə standartlarına cavab vermir. Otaqlarda nə pəncərə var, nə də fortuçka. Yeganə kilinikadır ki, burada laboratoriya yoxdur. Xəstələrin qan, sidik analizlərin yoxlanması üçün başqa klinikalara göndərilir, pasiyentlər həftələrlə gözləməli olurlar, alınan nəticələr isə yanlış olur, bu da xəstələrin haqlı narazılığına səbəb olur.
“Atlas” klinikası yeganə klinikadır ki, burada 2 kassa işləyir. Kassanın biri Heydərə xidmət edir, digəri isə oğlu Nihada. Bir də baxırsan ki, ata –bala 5 manat üstündə bir-birini qırır, aylarla küsülü qalırlar.
Qeyd edilən və sadalanmasına zaman lazım digər qanun pozuntularına görə 2014-cü ilin dekabr ayında Respublika Səhiyyə Nazirliyi “Atlas” klinikasının fəaliyyətini dayandıraraq qapılarını möhürləməli olur. Bala Heydər keçmiş nazir Oktay Şirəliyevin ünvanına mətbuatda o qədər həqiqətə uyğun olmayan şər, böhtan, yağdırır ki, anası ölmüş Nazir 10 gündən sonra klinikanın fəaliyyətinə təzədən icazə verir.
Cəsarətlə demək mümkündür ki, özünə hörmət edən hər bir şəxs dırnaqarası səhiyyə müəssisəsindən daha çox “şeytan yuvası” nı xatırladan “Atlas” klinikasına ayaq basmaz. Bala Heydər ətrafında üstü açılmamış cinayətlər kifayət qədərdir. O, illər öncə İranda tutularaq 2 ay zindanda saxlanıldığını sirr olaraq gizli saxlayır.
Amma onun ən böyük cinayəti işlədiyi “Naxçıvan-Türk” bankının müşahidə şurasının sədri türk vətəndaşı İbrahim Aydını qəsdən öldürüb, Bankın pullarını götürüb Bakıya qaçaraq zirzəmilərdə gizlənməsidir. Qeyd etmək yerinə düşər ki, bi cinayətlə bağlı Naxçıvan Prokurorluğunda dəlil-sübutlar var.
Bir sual istər istəməz adamı dərindən düşünməyə vadar edir. Fikirləşirsən ki, necə olur, kiminsə bağ evində samovar oğurlayana, həyətində 3 çətənə kolu aşkar olunana dərhal cinayət işi açılır, həbs edilir. Amma yüzlərlə qatı cinayətə imza atan, qəsdən adam öldürən bala Heydər cəzasız qalır?
Bala Heydəri, onu tanıyanlar, onun əməllərinə bələd olanlar çox gözəl bilirlər bu insan bilərəkdən ölkədə sosial gərginlik yaradır, narazıların sayını artırır və ölkə başçısının siyasətinə açıq-aşkar müqavimət göstərir.
Ən sonda, hüquq mühafizə orqanlarına müraciət edir və ümidvar olduğumuzu bildiririk ki, yaxın günlərdə Bala Heydərin çirkin əməlləri ətrafında araşdırmalara start veriləcək, o, layiq olduğu cəzanı alacaq, beləliklə də ədalət şər üzərində zəfər çalacaq!
Nazim Bədəlov
Naxçıvan şəhər sakini
Redaksiyadan: Oxucuların eləcə də ünvanımıza məktub göndərən müəlliflərin nəzərinə çatdırılır ki, daxil olan məktublar dərindən araşdırılır, mətbuat standartlarına uyğun gələn və həqiqəti əks etdirən yazılar dərc edilir. Həmçinin məktub müəlliflərinin fırıldaqçı, baiskar və hiyləgər kimi ittiham etdikləri Bala Heydərin də mövqeyini işıqlandırmağa hazırıq.