Co Bayden Ukraynaya daha 800 milyon dollarlıq yardım ayırdı

 16-03-2022

Amerika Birləşmiş Ştatları Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə hərbi yardımı barədə Ağ Evdə qısa çıxışı zamanı bildirib.

“Mənim administrasiyam Ukraynaya davamlı silah və döyüş sursatı axınını təmin etmək üçün daha yardım ayırıb. Beləliklə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb”, - deyə dövlət başçısı bildirib.

Bundan başqa, ABŞ prezidenti Co Bayden Ukraynaya növbəti yardım paketini imzalayıb. Yeni paketdə digər məsələlərlə yanaşı, Ukraynaya humanitar, hərbi və iqtisadi yardım üçün 13,6 milyard dolların ayrılması nəzərdə tutur.

"Bu qanun layihəsi Rusiyanın Ukraynaya təcavüzünə və onun qonşu ölkələr üçün nəticələrinə cavab vermək üçün tarixi 13,6 milyard dollar məbləğində maliyyə vəsaitini ehtiva edir. Biz Ukraynadakı bu böhrana qətiyyətlə cavab verməyə davam edəcəyik” - deyə Bayden Ağ Evdə imzalanma mərasimində qeyd edib.

Bənzər yazılar

1.1945230960846