Arvadını öldürməkdə ittiham olunan kişiyə həbs verilmədi

 02-11-2023

Arvadını qətlə yetirtməkdə ittiham olunan İlham Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə  belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs arvadını öldürərkən anlaqsız vəziyyətdə olub.

Hökmə əsasən İ.Həşimov cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Hökmdən əvvəl prokuror da təqsirləndirilən şəxsin cəzadan azad edilməsini tələb edib.

Qeyd edək ki, hadisə Xətai rayonunda qeydə alınıb.

İstintaqla 57 yaşlı Rəhimə Həşimovanı 62 yaşlı əri İlham Həşimovun şəxsi münasibətlər zəminində  kəsici-deşici alətlə öldürməsinə şübhələr müəyyən edilib.

İ.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürm) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bənzər yazılar

0.21706199645996