"Atena Qrup"da maliyyə problemləri - Şirkət rəhbəri məhkəməyə verildi

 27-10-2023
Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı "Atena Qrup” QSC-nin baş icraçı direktoru Rəhimov Emin Mirbağır oğlunun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 
 
Qaynarinfo.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş adamının ölkədən çıxışına "stop” qoyulması üçün məhkəməyə müraciət edib. 
 
Onun barəsində məhkəmədə "Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)” iddia qaldırılıb. 
 
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq. 
 
 
Əldə etdiyimiz məlumata görə, şirkət maliyyə sıxıntıları mövcuddur. Hazırda "Atena Qrup"un bir sıra qurumlara da borcu yaranıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatında apardığımız araşdırmaya görə, şirkətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1167.02 manat vergi borcu var.
 
KİV-də gedən məlumata görə, " Atena Qrup” 1996-cı ildə yaradılıb və 2 min manat nizamanmə kapitalına sahibdir. Səhmdarların 2018-ci ildə keçirilmiş yığıncağında "Atena” süd zavodunun sahibi "Atropatena Qrup” QSC-nin adının "Atena Qrup” QSC-yə dəyişdirilməsinə qərar verilib və şirkət yeni adla dövlət qeydiyyatına alınıb. Hazırda şirkətin 85%-i Zərəngiz Məmmədovaya, 15%-i isə Elşad Rəsulova məxsusdur.
 
Əhməd

Bənzər yazılar

0.059386968612671