Bolqarıstanın baş naziri: “Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

 08-07-2022

Bolqarıstanın baş naziri Kiril Petkov bəyan edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq.

Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür.

“Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”, - deyə Petkov bildirib.

O, həmçinin Yunanıstanın baş naziri Kriakos Mitsotakisə təşəkkür edib.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.19455909729004