Təhsil Nazirliyinin keçmiş binası 370 min manata satışa çıxarıldı

 21-10-2023

Naxçıvan Muxtar Respublikasında bəzi mühüm obyektlər hərraca çıxarılacaq.

İqtisadiyyat.az bildirir ki, əmlaklar noyabrın 3-də açıq hərracda təqdim olunacaq.

Həmin siyahıda Təhsil Nazirliyinin köhnə ikimərtəbəli binası yer alıb.

Belə ki, dövlət müəssisəsi olmuş obyekt Naxçıvan Şəhəri Nəcməddin Naxçıvani küçəsində yerləşir.

Əmlak 2015-ci ildə istismara verilib və dəyəri 369.320.0 manatdır. Obyektin sahəsi isə 483 kv.metrdir.

 

 

Bənzər yazılar

0.23495292663574