Kristensen “Barselona”da: “Xəyallarım gerçəkləşdi” - VİDEO

 07-07-2022

İspaniyanın “Barselona” klubuna transfer olan danimarkalı müdafiəçi Andreas Kristensen bu gün mətbuatın iştirakı ilə rəsmi imzalama tədbirinə qatılıb.

26 yaşlı danimarkalı Kataloniya klubu ilə 4 illik müqaviləyə imza atıb.

Daha sonra mətbuat nümayəndələrinin suallarına cavab verən futbolçu deyib:

“Arzularımı reallaşdıra bildiyimə görə fəxr edirəm. Mən klubun prezidentinə, Mateu Alemaniyə (“Barselona”nın hüquqşünası və idman direktoru - red.) və Jordi Kroyffa (“Barselona”nın idman məsləhətçisi - red.) bu imzanı mümkün etdiyinə görə çox minnətdaram. Xəyallarım gerçəkləşdi”.

Mənbə: Barca_sports “Telegram” kanalı

Bənzər yazılar

0.46122598648071