Xocəsən bələdiyyəsi və sədri Nigar Məmmədova məhkəməyə verilib.
Qaynarinfo.az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
Qurumun iddiasına Yasamal Rayon Məhkəməsində hakim Təhminə Xəlilovanın sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır.
Nigar Məmmədova 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində Xocəsən bələdiyyəsinə üzv seçilib. 18 yanvar 2020-ci il tarixində isə Xocəsən bələdiyyəsinin ümumi iclasının qərarı ilə bələdiyyə sədri olub. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.