“Naxçıvan Toxumçuluq” MMC “Gəmiqaya Taxıl” MMC-ni̇n ona qoşulması şəkli̇ndə yeni̇dən təşki̇l olunur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğv olunan “Gəmiqaya Taxıl” MMC 27.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkət Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
“Naxçıvan Toxumçuluq” MMC isə 2 ay əvvəl – 10.08.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasında “Gəmiqaya” adı altında onlarla şirkət fəaliyyət göstərib.
Bu şirkətlər Ali Məclisin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara bağlı olub.
Vasif Talıbovun istefasından sonra bu şirkətlərlə bağlı çoxsaylı dəyişikliklər baş verib. Bu ilin yanvar ayında isə “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq”ə çevrilib.
Müəllif Elnur Əli
Mənbə Yeniavaz.com