Rusiyada pravoslavlar məşhur müğənninin konsertini boykot etmək üçün müsəlmanlara MÜRACİƏT EDİB

 06-07-2022

Rusiyanın Kuban vilayətinin pravoslav sakinləri müğənni və teleaparıcı Olqa Buzovanın çıxışlarını izləməmək üçün müsəlmanlara müraciət ediblər.

Onlar Buzovanın yaradıcılığına qarşı bəyanat yazıblar və o, Krasnodar bölgəsinin Mədəniyyət Nazirliyinə göndərilməyə hazırdır. Bildirilir ki, “Dom-2” televiziya layihəsinin keçmiş aparıcısı avqustda Kubana gəlməlidir.

Onun çıxışlarını izləməkdən imtinaya səbəb insanların Buzovanın davranışları, həmçinin İsa Məsihin anası timsalında hərəkət etməsi və soyunaraq şeytani ayinlər icra etməsindən narazı qalmaları olub.

Mənbə: “Mash” “Telegram”

Bənzər yazılar

0.20719814300537