Burak Özçivitin barəsində məhkəmə QƏRAR VERİB

 06-07-2022

Türkiyəli məşhur aktyor Burak Özçivit rol aldığı “Kuruluş Osman” serialının çəkilişləri zamanı oradakı işçiləri təhqir etməsi iddiası ilə mühakimə olunub.

Prokuror onun 3 ay 15 gündən 4 il 1 ay müddətinə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxsin qəsdən törətdiyi cinayətə görə əvvəllər məhkumluğunun olmadığını və iddianamədə mənfi münasibət və davranışların olmamasını, təqsirləndirilən şəxsin yenidən cinayət törətməyəcəyi ilə bağlı müsbət rəyin olmasını nəzərə alaraq hökmün elan edilməsinin təxirə salınmasına qərar verib.

Özçivit 3 min lirə (303 AZN) cərimə olunub.

Mənbə: İHA

Bənzər yazılar

0.2193078994751