Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
MillətinSəsi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, polis mayoru Emin Musayev Bərdə RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi təyin olunub.
Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, E.Musayev buna qədər Goranboy RPŞ-də DYP Bölməsinin rəisi işləyib.