Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətlər üçün ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılıb.
MillətinSəsi.info Trend-ə istinadla xəbər verir ki, Azərbaycanda uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılacaq. Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.
Bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.