Prezident İlham Əliyev rusiyalı həmkarı ilə nəqliyyat sisteminin inkişafını müzakirə edib

 13-10-2023

Rusiya Prezidenti Vladimir Putin ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə nəqliyyat sisteminin inkişafını müzakirə etdiklərini bildirib.

Rusiya lideri bu barədə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında məlumat verib.

“Dünən mən Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımızdan, o cümlədən dəmir yolu şəbəkəsinin inkişafı və avtomobil yollarının inkişafı barədə ətraflı danışdıq. Bütün bunlar təkcə regional çərçivədə deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir”, - deyə V.Putin qeyd edib.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüşün açıq hissəsində Ruben Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyib.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. O, dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Mənbə: Interfax

Bənzər yazılar

0.067198991775513