Son günlər taksi fəaliyyətindən istifadə edən şəslər kartla sifariş etdikləri zaman kartdan pul çıxılması, lakin taksinin gəlməməsi ilə bağlı şikayət edirlər. Onlar bildirir ki, balansadan pul çıxır, taksi yaxınlaşmır, bir neçə dəqiqə isə "gediş bitdi" yazılır. Belə olan halda taksi operatorlarına müraciət etsələr də, pulları hesablarına geri oturmur.
Aldadılan və əziyyət çəkən müştəri bu halda nə etməlidir?
Bu barədə Valyuta.az-a danışan nəqliyyat ekspert Yasin Mustafa bildirib ki, kartla sifariş risklidir:
"Bu hallarda şübhəli məqamlar çox olur. Bunun qarşısını almaq üçün kartla deyil, nağd sifariş etmək lazımdır. Buna ehtiyac yoxdur.
Mən özüm şəxsən nə əvvəldən ödəniş edirəm taksiyə, nə də kartla sifariş verirəm. Lakin kimsə kartdan sifariş edibsə və xidmət yerinə yetirilmədən pul çıxılıbsa, operatorlara müraciət etməlidirlər. Həmin şirkət isə müştərinin pulunu qeyd-şərtsiz qaytarmalıdır".
Ekspert deyib ki, bu hal ilə bağlı məhkəməyə müraciət edilə bilər:
“Amma məbləğlər az olduğu üçün isə məhkəmələrdə zaman itirməyə dəyməz. Əgər siz sifariş verdiyiniz yerə çatdırılmamısınızsa, sürücü bəhanə edirsə, maşın xarab oldu, tıxacdı və s. bu kimi hallarda sürücülərə pul ödəməyin”.