Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi açıq tender müsabiqəsinin qalibi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, Agentliyin 2 milyon 265 min 922 manat 14 qəpik dəyərindəki tenderini “SEM-AZ” MMC (VÖEN - 1401575381) udub.
Şirkət sözügedən məbləğ qarşılığında laboratoriya şəbəkəsinin optimallaşdırılması, müasir tələblərə cavab verən yeni səyyar fitosanitar laboratoriyasının qurulması, nümunə götürmə və daşınma sisteminin yaradılması, biotəhlükəsizlik səhra laboratoriyasının fəaliyyətinin təmin edilməsi, böhran vəziyyətinin idarə olunması üçün dəstin alınması və maddi-texniki bazanın təkmilləşdirilməsi işlərini görəcək.
Qeyd edək ki, “SEM-AZ” MMC 15 may 2009-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri Nəsimi rayonu, Ak.Mustafa Topçubaşov, ev 21, m. 37”də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Fikrət oğludur.
Elnur Əli