İsraildə ölən və yaralananlar arasında Azərbaycandan olanlar da var

 09-10-2023

İsrailin Sderot şəhərində ölən və yaralananlar arasında Azərbaycandan da çoxlu sayda insan var.

Bunu İsraildəki Azərbaycan Evinin nümayəndəsi, Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemia Şirin-Mihaeli deyib.

Diaspor nümayəndəsinin sözlərinə görə, onun sakinlərinin üçdə biri, yəni təxminən 8 min nəfəri dağ yəhudiləridir. Onların arasında Azərbaycan və Dağıstandan olanlar da az deyil.

“Ölənlər arasında çoxlu dağ yəhudiləri var, o cümlədən Azərbaycandan köçənlər. Hərbçilərdən başqa, qadınlar, uşaqlar və hətta bütün ailələr öldürülüb. Mən indi İsrailin şimalındayam, lakin texnologiya bizə vəziyyəti izləməyə imkan verir”, - Nehemya Şirin-Mihaeli bildirib.

Eyni zamanda o, ayrı-ayrı silahlıların hələ də İsrail ərazisində ola biləcəyini qeyd edib.

Bundan başqa, artıq İsrail hərbçiləri ölkənin cənubunda Fələstinin HƏMAS təşkilatının silahlı qruplaşmalarının əvvəllər soxulmuş olduğu bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Qeyd edək ki, HƏMAS 25.138 nəfərin yaşadığı Sderot şəhərinə də böyük raket hücumu həyata keçirilib. HƏMAS-ın hücumundan sonra ən azı 800 İsrail vətəndaşı ölüb, 2400 nəfər yaralanıb.

 

Bənzər yazılar

0.30754899978638