Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkələrdə ona mənfi rəy yazanlara cavab verib.
MillətinSəsi.info-ın məlumatına görə, Ağayeva bu barədə sosial şəbəkə hesabında video-müraciət ünvanlayıb .
Sənətçi ona mənfi rəy yazan izləyicilərə “pulsuz və təmənnasız reytinqimi yüksəldirsiniz” deyərək təşəkkürlərini bildirib.
“Mənim postlarımı və videolarımı görüb qıcıqlananlara, “hater”lara (çoxluq təşkil edən bir qrup istifadəçilər var ki, ancaq mənfi şərhlər yazırlar - Milletinsesi.info)) təşəkkür edirəm ki, reytinqə işləyirlər. İnsanlar reklam üçün böyük pullar xərcləyir. Bir vaxtlar mənfi rəyləri silirdim, indi deyirəm ki, ürəklərini boşaltsınlar. Sən hamının sevimlisi ola bilməzsən. Deyir, pul deyilsən ki, hamı səni sevsin”, - deyə Tünzalə əlavə edib.
Ətraflı videoda:
Dilşad Bəhruzqızı