Prezident İlham Əliyev Vaqif İmamqulu oğlu Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
MillətinSəsi.info xəbər verir ki, sərəncama əsasən, V.Məmişov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, V. Məmişov "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir.