Rus bölmələrində oxuyanlar Azərbaycan dilində fikirlərini ifadə edə bilmir?

 06-10-2023

Müğənni Elnur Məmmədov Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb. Müraciətində o, rus bölməsində təhsil alan şagirdlərin kitablarla bağlı çətinlik çəkdiyini bildirib. 

Elnur Məmmədov vurğulayıb ki, çap olunan tarix kitabların rus dilində deyil, Azərbaycan dilində olması məktəblilərə problem yaradır. 

Valyuta.az-a açıqlamasında məsələni şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, rus dilli məktəblərdə oxuyan uşaqların dil bacarığını formalaşdırmaq üçün tarix fənni 5-ci sinifdə ana dilində tədris olunur:

“Hazırda ölkədəki 4432 orta məktəbin 340-da dərslər tamamilə rus dilində aparılır. Bu məktəblərdə də 90 min şagird oxuyur. Bundan başqa 1,6 milyon şagirdin 800 mininə ikinci xarici dil kimi rus dili öyrədilir. Təəssüf ki, rus bölmələrində oxuyan uşaqlar Azərbaycan dilində fikir ifadə etməkdə çətinlik çəkirlər. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda onların Azərbaycan dilindən müvvəfəqiyyət göstəricisi çox aşağıdır. Yəni rus bölməsində oxuyanlar Azərbaycan dilində minimum biliklərə malik deyillər.

Bu mənada Azərbaycan dili və tarix fənlərinin ana dilində tədrisi zəruridir. Amma rus bölməsinin şagirdləri yalnız 5-ci sinif üzrə Vətən tarixi ana dilində tədris edəcəklər. Yuxarı siniflərdə isə tarix fənləri də rus dilindədir. Bu fonda əlaqə pozulmur. Çünki 5-ci sinifdə Vətən tarixi ümumi informasiya, nağılfason şəklindədir. Tarix fənni isə 6-cı sinifdən başlayır. Azərbaycan dövlətinin vətəndaşı mütləq şəkildə öz doğma dilində anlamalı və başa düşməlidir”. 

Bənzər yazılar

0.18150806427002