Şahin Bağırovun Qərb bölgəsindəki adamı xurma ixracına aman vermir- İDDİA

 05-10-2023
Bir qrup ixracatçı sahibkar Prezident İlham Əliyevə müraciət edərək Dövlət Gömrük Komitəsinin onlara yaratdığı əngəldən şikayətləniblər.
 
Anaxeber.info bildirir ki, iş adamları Azərbaycanın qərb bölgələrindən xurma ixrac edirlər. Onların sözlərinə görə, bu məhsullar əsasən Ukraynaya göndərilir. Sahibkarlar qeyd edirlər ki, müqavilə əsasında ixrac etdimkəri xurma 51 qəpiyə qiymətləndirilib.
 
"Lakin Yevlax, Tovuz rayonlarında rəsmiləşdirmə zamanı xəbərdar etmədən hər bir xurma maşınının hesab fakturasını 1.30 manat dəyərində qiymət qoyaraq bütün ixracı iflic ediblər. Müzakirə zamanı hər iki gömrük postunun Qərb bölgəsi üzrə regional idarə rəisi Pərviz müəllimin tapşırığı olduğunu bizə bildirdilər.
 
Məsələyə aydınlıq gətirərək bildirirk ki, ölkə ərazisində xurma məhsulunun kiloqramı 15 qəpikdir, bunu qarşı tərəfə 51 qəpiyə razılaşdırsaq da, Gömrük Komitəsinin regional idarəsi məcbur edərək 1.30 manatdan hesablamaqla Ukraynada rəsmiləşməni düz 3000 dollar bahalaşdırıb.
 
Bu isə  Azərbaycanda olan xurma məhsulunun ölkədən ixracının qarşısının kəskin şəkildə alınması deməkdir", - deyə Prezidentə müraciətdə qeyd edilib. 
 
Hazırda Ukrayna xurma məhsulunun ikinci dərəcəli alıcısıdır, bu cür gömrük yanaşması konseqnasiya zamanı vəsaitin geri qayıdan hissəsini yarıya çatdıracaq ki, bu da tam vəsaitin geri qayıtması deməkdir. Sahibkarlar əlavə edib ki, Yevlax və Tovuz ərazisində bəyannamə geri qaytarılarkən əsas səbəb kimi qiymət uyğunsuzluğunun qeyd olunmaması da şübhə doğuran haldır: "Çünki bu zaman bəyannaməni geri qaytararkən Gömrük Komitəsinin sahibkara invoys dəyərini artırmaq səbəbini gömrük portalında qeyd etmirlər.

Səbəb başqa qeyd edilir. Çünki özləri də xurma məhsuluna şişirdilmiş qiyməti yazdıqlarının fərqindədirlər. Ölkəmiz bu gün ağır imtahanlar verdiyi halda, Qərb gömrük komitəsinin rəhbəri Pərviz müəllimin  bu rəftarı nəyə xidmət etdiyi bəlli deyil.

Məlumdur ki, xurma məhsulu ölkədən ixrac olunmazsa, ölkədə bu məhsula tələbat olmadığından külli miqdarda xurma daxildə xarab olacaq. Hörmətli Prezident  və Şahin Bağırov, sizə Qərb regional gömrük barədə tapşırıq verməyinizi xahiş edirik".
 
Hidayətov Zöhrab 0504223111
Bədəlov Asif 0514106561
Hidayətov Təyyar 0505656669 
Şirinov Elvin 0773170010
Həşimov Müşfiq 0505292071
Həşimov Tural 0507556688 
Orucov Rüfət 0552534032 

Bənzər yazılar

0.095415115356445