Əli Həsənovun biznes-lady qızı Dubaydan video müraciət yaydı

 05-10-2023

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qızıl-zinyət əşyalarının satışı ilə məşğul olan Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva rəhbərlik etdiyi “GEMAEE” adlı şirkətin fəaliyyətiylə bağlı yeni video müraciət yayımlayıb.

Ekonominfo.az xəbər verir ki, Səfiyə Mehbalıyeva video müraciətini “GEMAEE” şirkətin yaranmasının bir illiyi münasibətiylə edib və şirkətin fəaliyyətindən bəhs edib.

Qeyd edək ki, Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbəliyevin həyat yoldaşıdır.

Cütlük artıq bir-neçə ildir Dubayda yaşayır. Səfiyə Möhbəliyeva daha əvvəl atasının -  Əli Həsənovun rəhbərlik etdiyi Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllimi vəzifəsində işləyib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbəliyeva (Həsənov) “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr muavini olub.

Onu da qeyd edək ki, Əli Həsənovun oğlu Şamxal Həsənli də artıq bir neçə ildir ABŞ-da yaşayır.

Azərbaycanı tərk edərək ABŞ-a köçən Şamxal Həsənlinin Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Şamxal Həsənlinin çalışdığı “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli (Mayami) ofisi hesab olunur. “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında isə çoxsaylı ermənilərin də olduğu barədə məlumatda məlumatlar yayılıb.

 

Bənzər yazılar

0.16063594818115