Beyləqanda oliqarx məmur katibəsi üçün də xidməti maşın ayırıb? – İDDİA

 02-03-2022

Prezident İlham Əliyev tərəfindən Səhmdar Cəmiyyəti qarşısında qoyulan vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib.

İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Lakin qeyd olunan struktur dəyişiklikləri Beyləqan Suvarma Sistemləri İdarəsinin fəaliyyətindəki korrupsiya və maxinasiyaları azaltmayıb. Çünki idarənin dərdi Azim Kərimovun özüdür. Aldığımız məlumatlarda qeyd olunur ki, tələbə yoldaşı – ASC sədrinin müavini Rafiq Aslanova arxalanan Azim Kərimov sədr Zaur Mikayılovun da xəbərdarlıqlarını qulaqardına vurub öz korruptiv əməllərini davam etdirməkdən zövq alır.

Yeri gəlmişkən söz Rafiq Aslanovdan düşmüşkən qeyd edək ki, qurumda struktur dəyişikliyi olunandan sonra Azim Kərimovu regional rəis kimi yeni vəzəfəyə irəli çəkən Rafiq Aslanovun olduğu bildirilir.

İddia edilir ki, Azim Kərimov idarədə nə iş görürsə Rafiq Aslanovla məsləhətləşir və ondan izinsiz heç bir iş görmür. Subartezan Quyularının İstismarı İdarəsindən gələn 60-a yaxın işçiləri müxtəlif bəhanələrlə işdən çıxardarkən də tələbə yoldaşı ilə məsləhətləşib, hətta onların yerinə öz yaxın adamlarını götürərkən də Rafiq Aslanovla məsləhətləşib.

Bildirilir ki, Azim Kərimov müxtəlif bəhanələrlə işdən çıxardığı işçilərin yerinə oğlunu, qızını, qardaşı oğlunun və qardaşı gəlinini götürüb. Halbuki, onların heç biri işə gəlmir. Neçə deyərlər, hafayı yerdən pul alırlar.

Başqa bir iddialara görə isə idarədə 80-a yaxın “ölü canlar” var ki, onların əmək haqqı kartı Azim Kərimov tərəfindən mənimsənilib. Və bu adla A. Kərimovun hər ay 20 (iyirmi) min manatdan çox pul əldə etdyi həmin iddialar içərisindədir. İdarənin ştat cədvəlində adı gedən, amma işə çıxmayan, adlarına ən çox qeyri-qanuni kart açılan işçilərin əsasən rəisin qohunmları, rayonun 3№-li Sovxoz, Xələc və Kəbirli kəndlərinin sakinləri olduğu deyilir.

Ancaq Azim Kərimovun dövlət müəsissəsindən əldə etdiyi qanunsuz gəlir təkcə bununla bitmir. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı fermer təsərrüfatına da qardaşı Hətəm Kərimovu müdir təyin edib və bu təsərrüfatda yetişdirilən qoyun-quzu qardaşların şəxsi mülkünə çevrilib.

Qeyd edək ki, Suvarma Sistemləri İdarəsinin yardımçı təsərrüfatının 80 ha hektar ərazisi var və bu təsərrüfatda 600-dən artıq qoyun yetişdirilir. Verilən məlumata görə, Hətəm Kərimov qardaşı Azim Kərimovun göstərişi ilə hər həftə mal-qara bazarına çıxararaq yardımçı təsərrüfatın quzularının satışı ilə məşğuldur. Satışdan əldə olunan gəlir isə qardaşlar arasında bölüşdürülür.

İddiaya əsasən, yardımçı təsərrüfatın qoyunları müxtəlif işlər adı ilə satılaraq pulları mənimsənilib. Hazırda təsərrüfatda 200 qoyunun qaldığı, 400 qoyunun isə müxtəlif adlar altında silinərək mənimsənildiyi deyilir. Bundan başqa, Azim Kərimov özü 100-ə yaxın qoyun alaraq yardımçı təsərrüfatda saxlatdırır.

Digər bir məlumatda qeyd edilir ki, Azim Kərimov təsərrüfatın 35 ha torpağında yonca əkdirərək satdırır. İdarə müdirinin təkcə yonca satışından ildə 50 min manat qazanc əldə etdiyi bildirilir. Dövlətin nəğd pul vəsaitlərindən başqa Beyləqan Suvarma Sistemləri idarəsində texnika üçün ayrılan yanacaq, sürtgü materialları və ehtiyat hissələri də təyinatı üzrə istifadə edilməyərək silinir. Ayrılan benzin və salyarka isə idarənin yaxınlığında yerləşən “qırmızı zapravka”da satılır. İdarənin balansında olan traktorlar, maşınlar və digər texnikanı isə, rəis Azim Kərimov ayrı-ayrı şəxslərə icarəyə verib. Bu mənbədən əldə edilən pullar da rəisin cibinə gedir.

Üstəgəl, satınalmalar haqqında qanunun pozulması ilə müşayiət olunan maxinasiyalar da rəisə az gəlir gətirmir. Bildirildiyinə görə, keçən il Azim Kərimov özünə yaxın olan “Avrasiya-M” firmasını tender qutusundan qalib çıxarmaqla, ayrılan külli miqdarda dövlət vəsaitini mənimsəyərək haram kapital əldə edib.

Təbii ki, bunca haram qazanc rayonda ən varlı oliqarxlardan birinə çevrilən Azim Kərimovun özünün və yaxın adamlarının həyat tərzinə təsir etməyə bilməzdi. Təsir edib də. Belə ki, Azim Kərimov işləmədikləri halda adlarını rəhbərlik etdiyi idarənin işçiləri siyahısına yazdığı arvadına, oğluna bahalı maşınlar alıb. Amma deyilənə görə, Azim Kərimovun ən çox qayğılandığı, xüsusi diqqət göstərdiyi şəxs katibəsidir.

Xətrini o qədər əziz tutur ki, evdən – işə, işdən – evə piyada, yaxud, ictimai nəqliyyatla gedib-gəlməsini, zəhmət çəkməsini istəmir. Azim Kərimov idarənin əməkdaşı, (əslində müdirin sir dağarcığı olan) Anar Mirzəyevi işindən ayıraraq yalnız katibəsinə xidmət etmək üçün şəxsi sürücü təyin edib. Bildirilir ki, Azim Kərimov idarədə kabinetində olanda katibə də saatlarla onunla bir yerdə olur. İşçilərdən kimsə qapını döyüb qəbula düşmək istəyəndə Azim hirslənir, “cin atına minir”.

Müttəhimlər kürsüsünə minəcəyi günü gözləyək.

İddialarla bağlı qarşı tərəfində münasibətin dərc etməyə hazırıq.

Mənbə yenigundem.az

Bənzər yazılar

0.23175001144409