Selçuk Bayraktar: “Qarabağda türkün gücünü hamı gördü”

 02-10-2023

“Qarabağda türkün gücünü hamı gördü”.

“Report”un xəbərinə görə, bunu “Baykar” şirkətinin texniki direktoru, “TEKNOFEST” aerokosmik və texnologiya festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına (PUA) sahibdir:

“Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldilər. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm də şəhid və qazilərimiz sayəsində mümkün oldu”.

Çox yaxın zamanda "Akınçı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək”.

O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: "Odur ki, biz ən yaxın gələcəkdə "Akınçı” PUA-larını Azərbaycana təhvil verəcəyik.

Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra müstəqil Azərbaycanda, vətən olaraq gördüyümüz ölkədə keçirilməsi bizim üçün xoşbəxtlikdir.
 
Türkiyənin Kosmik Agentliyi buradadır, nazirliklərimizin stendləri var, "Roketsan" və "Aselsan" burada təmsil olunur. Həmçinin bizim kosmik tədqiqatlarla məşğul olan təşkilatımız buradadır. Onsuz da biz bir millətik, iki dövlətik. Ölkələrimiz arasındakı əlaqələri kosmik məkanda da inkişaf etdirməliyik. Bu komsik məkanda ən prestijli konqresdir. Biz də inşallah 2 il sonra üçün Türkiyədə ev sahibliyi etmək istəyirik”, - deyə o qeyd edib.

Bundan başqa, ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzini ziyarət edib.

Tədbirdə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnləri səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış ediblər.

Həmçinin, “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse tərəfindən mərkəzin fəaliyyətinə dair hesabat təqdim edilib. 2022-ci ilin avqust ayından başlayaraq 30 000-dən artıq şagirdin iştirakı ilə müxtəlif növ təlimlərin, tədbir və layihələrin keçirildiyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Selçuk Bayraktara “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Həmçinin ASAN könüllüləri tərəfindən musiqili proqram nümayiş etdirilib.

Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan “Bilim Bakı” mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin “Nobel” mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.

 

Bənzər yazılar

0.67415308952332