Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında növbəti görüş keçirilib.
MillətinSəsi.info “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat yayıb.
Xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş Vyanada keçirilib.
Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında keçirilən görüşdə tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılıq əldə edilib. Bununla bağlı lazımi prosesin yaxın vaxtlarda başlayacağı bildirilib.
Qeyd edək ki, bundan əvvəl tərəflər arasında üç dialoq baş tutub. İlk görüş Moskvada, digərləri isə Vyanada baş tutub.