Erməni blogerdən İlham Əliyevə müraciət: “Xankəndiyə gəlməyimə icazə verin”

 30-09-2023

İrəvanda yaşayan erməni bloger Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə o, özünün sosial şəbəkə hesablarında yazıb.

N. Aleksanyan Qarabağ ermənilərinin inteqrasiyasına dəstək olması üçün Xankəndiyə gəlməsinə icazə verilməsini istəyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

Hörmətli prezident!

Anladığım qədər, ermənilərin Qarabağda yaşamasının yeganə yolu ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Mən özüm də Qarabağ ermənilərinin sevdiyi, fikirlərini dinlədiyi bir şəxsəm.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, mənə təcili Xankəndiyə gəlməyə, həmvətənlərimin yanında olmağa, onlara dəstək olmağa və inteqrasiyasına köməklik göstərməyə icazə verəsiniz.

Hörmətlə, Natali Aleksanyan”, - bloger bildirib.

Bənzər yazılar

0.30304408073425