Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Qeyd edək ki, 18 yaşlı şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!