Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir:
"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibb İdarəsinin tərkibindəki laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".