“James Bond”un prodüseri yeni filminin ÇƏKİLİŞİ NƏ VAXT BAŞLAYACAĞI BİLİNDİ

 01-07-2022

Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli “Bond” serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb.

Onun sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar Agent 007-nin imicində köklü dəyişikliklərlə bağlıdır.

Brokkoli əlavə edib ki, yazıçılar hələ Daniel Kreyqi əvəz edəcək aktyorla bağlı yekun qərara gəlməyiblər. Eyni zamanda yanvar ayında prodüserlər yeni Agent 007 roluna İdris Elbanın namizədliyini müzakirə ediblər.

Mənbə: Arqumentı i faktı

Bənzər yazılar

0.1955840587616