Azərbaycanın xarici siyasətində parlament diplomatiyasının rolu və nəticələri

 29-09-2023

Müasir beynəlxalq münasibətlər sistemində parlamentarizm diplomatiyası  dövlətlərin xarici siyasətinin prioritetini təşkil edir.  Çünki parlament diplomatiyası idman, mədəniyyət  diplomatiyasından  fərli olaraq daha geniş imkanlara malikdir.

Belə ki, idman və ya mədəniyyət diplomatiyasi  daha çox ölkənin tanınmasında  müəyyən rola maliksə, parlament diplomatiyasının imkanları isə ölkələrarası əlaqələrin siyasi, iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə daha yüksək səviyyəyə çatdırılıb möhkəmlənməsində, ölkə həqiqətlərinin daha geniş müstəvidə dünyaya çatdırılması baxımdan çox mühüm rol  oynayır. 

İstər ölkə parlamentlərində, istərsə də beynəlxalq, regional təşkilatların parlament qurumlarında ölkələrin daha geniş siyasi qüvvələrinin təmsilçiləri iştirak edir. Bu müxtəliflik də ölkələrarası əlaqələrin qurulmasında və ölkə haqında daha geniş bilgi çatdırmağa əlavə imkanlar yaradır. 

Azərbaycan da parlament diplomatiyasının  yaratdığı bu imkanları nəzərə alaraq ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin çatdırılmasında aktiv rol oynamaqdadır. Ona görə də Azərbaycan parlamentinin dünyanın 100-dən artıq ölkəsi ilə dostluq qrupu fəaliyyət göstərir.

Bundan əlavə olaraq Azərbaycan  ən müxtəlif beynəlxalq və regional təşkilatların parlament assambleyalarında təmsil olunurlar.  Azərbaycan bu imkanlardan istifadə edərək yürütdüyü sülhsevər siyasətini, üzləşdiyi çətinlikləri bu platformalar vasitəsi ilə dünya birliyinə çatdırır. 

Bununla Azərbaycan həm də bu gün beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası ilə informasiya siyasətində də  istədiyi nəticələrə əldə etməyə çalışır.

Xüsusi ilə onu qeyd etmək lazımdır ki, Azərbaycan parlament diplomatiyasının imkanlarından istifadə etməklə  Ermənistanın ölkəmizə qarşı böhtan, yalan, qərəzli informasiya siyasətinin qarşısının alınması, o cümlədən ikili münasibətlərin ifşa edilməsi  baxımdan  çox ciddi nəticələr əldə ediblər. 

Azərbaycan eyni zamanda Ermənistanın ölkəmizə qarşı işğalçılıq, soyqırım, terror siyasətinin mahiyyətini, onların havadarlarının ikili siyasətinin ifçasında beynəlxalq və regional paralment təşkilatlaırnın platformalarının yaratdığı imkanlardan istifadə edib dünyaya  çatdırılmasında çox ciddi aktivlik nümayiş etdiriblər.  Həmin platformaların yaratdığı imkanlardan istifadə edib təkcə Azərbaycan həqiqətlərini dünyaya çatdırmayıblar, eyni zamanda müxtəlif ölkələrin parlamentariləri ilə fərdi iş aparmaqla bu işi həyata keçiriblər.  

Son illərdə isə  Azərbaycan parlament diplomatiyasının imkanlarında daha aktiv  şəkildə istifadə etməkdədir.  Bunun üçün  Milli Məclisin rəhbərliyinin və deputatların səfərlərinə, keçirdikləri görüşlərə, bu istiqamətdəki fəaliyyətlərinə diqqət yetirmək kifayət edər.  Bununla da Milli Məclis Azərbaycan Prezidentinin yürütdüyü siyasətin uğur  qazanması istiqamətində  üzərinə düşən vəzifəni yerinə yetirib töhfəsini verməkdədir.  Milli Məclisin parlement diplomatiyasının uğurları barədə yetərincə faktları misal çəkmək olar.

Bunun üçün son bir neçə ildə Milli Məclis sədri Sahibə Qafarovanın xarici ölkələrə səfər statikasına, qrafikinə və beynəlxalq parlament təşkilatlarının işində iştirakına nəzər yetirmək kifayət edər.  Bunları sadalamaq isə uzun zaman alar.  O bu səfərlər zamanı istər iştirak etdiyi toplantıların yaratdığı fürsətdən Azərbaycanın üzləşdiyi ikili siyasətə, ədalətsizliyə öz sərt mövqeyini ortaya qoyaraq, ölkəmizin haqq səsinin, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətini dünyaya çatdırılması baxımdan mühüm tribuna kimi istifadə edib.

Spiker eyni zamanda beynəlxalq tədbirlərə iştirak edən ölkələrin parlament rəhbərləri, parlamentariləri ilə görüşərək   Azərbaycanın mövqeyini çatıdıb. Azərbaycan qarşı qərəzli mövqe  sərgiləyən ölkələrin parlament rəhbərlərinə isə yanlış siyasətlərinə sərt  formada  ölkəmizin qətiyyətli mövqeyini ortaya qoyub. İradını bildirib. 

Obyektivlik və ədalət naminə qeyd etmək lazımdır ki, Sahibə Qafarovanın  Milli Məclisə sədrliyi dövründə istər parlament idarəetməsində, istər  xalqın ciddi problemləri ilə bağlı dinləmələrin  keçirilməsində, istər ölkə başçısının yürütdüyü siyasətə dəstək verilməsi, istərsə də  uğurlu parlament diplomatiyasının həyata keçirilməsi  baxımdan fəaliyyəti  əvvəlki parlament rəhbərlərinin fəaliyyətindən müsbət mənada çox ciddi şəkildə fərqlənir və təqdir olunur.

Əminliklə qeyd etmək olar ki, Prezidentin   Azərbaycanın uğurlar əldə edilməsi istiqamətindəki məqsədyönlü siyasətinin uğurla və qələbə ilə nəticələnməsinə Milli Məclis rəhbərliyi və üzvləri də  müsəlləh əsgər kimi üzərlərinə düşən vəzifəsini layiqincə həyata keçirərək öz töhfələrini verə biliblər. 
 

Mürtəza
Ölkə.Az

 

Bənzər yazılar

0.28761506080627