Hikmət Hacıyev: “Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib, heç vaxt da etməz” - FOTO/VİDEO

 29-09-2023

“Azərbaycanın məqsədi azərbaycanlılarla ermənilərin yan-yana ləyaqət, firavanlıq və qarşılıqlı hörmət şəraitində yaşamalarını təmin etməkdir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC News”a (Kanada bölməsi) müsahibəsində deyib.

O, Azərbaycan tərəfinin təhlükəsizliyi təmin etməsi ilə bağlı Qarabağdakı erməniəsilli sakinlərə müraciətinə davam etdiyini vurğulayıb.

“Amma eyni zamanda, biz hərəkət azadlığına hörmət edirik. Bu, hər kəsin suveren və fərdi seçimidir”, - deyə o qeyd edib.

Prezident köməkçisi Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanatında “etnik təmizləmə” ifadəsinə də toxunub və bunu təhqir adlandırıb.

“Azərbaycan heç vaxt (etnik təmizləmə) həyata keçirməyib, heç vaxt da etməz. Regionda mülki şəxslərə qarşı güc tətbiqi və buna bənzər cəhdlər yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev müsahibəsində, həmçinin bildirib ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspertlər qrupunu Qarabağa buraxmaq niyyətindədir.

Bənzər yazılar

0.63122391700745