Məhkəmə Əjdər Olun 120 min manat rüşvət alması epizoduna XİTAM VERİB

 30-06-2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) 120 min manat rüşvət alması epizodu ilə bağlı cinayət təqibinə xitam verilib.

Pravda.az-ın əldə etdiyi məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinində keçirilən prosesdə elan olunub.

Belə ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü onun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilib.

Həmin hökm üzrə Əjdər Cəbiyev Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində iş üzrə şahidi Fondun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında həmin Fondun inzibati binasındakı xidməti otağında ümumilikdə 120 manat maddi nemət qismində pul vəsaitini özü və ücünçü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair epizodla bağlı cinayət təqibinə Cinаyət Prоsеssuаl Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilib.

Qərarda qeyd edilib ki, Əjdər Cəbiyev 3 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Hökm məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən, qalan hissədə dəyişdirilməyib.

Xatırlatma: Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Əjdər Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

Bənzər yazılar

0.29109692573547