“Times” meydanına Türkiyə şəhidləri üçün 251 cüt ayaqqabı DÜZÜLDÜ

 30-06-2022

ABŞ-ın Nyu-York ştatındakı “Times” meydanında Türkiyənin 15 iyul şəhidlərinin xatirəsinə 251 cüt ayaqqabı qoyulub.

ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Milli Rəhbər Komitəsinin (TASC) üzvləri və 15 iyul Dərnəyi Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı FETÖ tərəfindən şəhid edilən 251 Türkiyə vətəndaşının xatirəsini anıblar.

Məlumat üçün yayılan açıqlamada qeyd olunub ki, “Bu gün burada gördüyünüz ayaqqabılar o gecə həyatını itirən kişi, qadın, uşaq və qocaların geydiyi ayaqqabıların simvoludur. O taleyüklü gecədə azadlığı müdafiə edən igid ruhları anırıq”.

“Burada gördüyünüz hər bir cüt ayaqqabı demokratiya uğrunda “son yürüşünü” etmiş bir qəhrəmanı təmsil edir”, - deyə ingilis dilində yazılmış və ABŞ vətəndaşlarına paylanmış bəyanatda deyilir.

15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin qarşısının Türkiyə xalqı tərəfindən demokratiya, konstitusiya və azadlıqları qorumaq üçün alındığı bildirilən tədbirdə qiyam zamanı 251 şəxsin həyatını itirməsi ilə yanaşı, 2734 vətəndaşın da yaralandığı vurğulanıb.

 

Mənbə: Anadolu

Bənzər yazılar

0.32041716575623