Uqanda cəngəlliklərində şimpanzelər quyu qazmağı öyrəniblər.
Kent Universiteti alimlərinə görə, meşə meymunları məhz içməli suya çatmaq üçün bunu edirlər.
Vabira qoruğundan olan şimpanzelər buraya başqa bölgədən gətirilən dişi Oniofi sayəsində nadir bir bacarığa yiyələniblər. O, su axtarışında inamla və məharətlə torpağı qazır, əldə etdiyi içməli su ilə digər həmcinslərilə də bölüşürdü.
Meşə şimpanzeləri qazıntı işlərini diqqətlə izləyir və sonra yaranan çuxurlardan su içirdilər. Bir müddət sonra onlar özləri də Oniofinin hərəkətlərini təkrar etməyə başlayıb, beləliklə də, içməli su əldə etmək üçün quyu qazmağı öyrəniblər.
Mənbə: knife.media