Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC olub.
Yeniavaz.com xəbər verir ki, Nazirlik bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılmasına görə QSC-yə 971 milyon 514 min 60 manat ödəyəcək.
Qeyd edək ki, 2 min 110 manat nizamnamə kapitalı olan QSC-nin qanuni təmsilçisi Cəfərov Ramin Əhliman oğludur.
Məlumat üçün bildirək ki, yuxarıda göstərilən xidmətə görə Nazirliyin 971 milyonmanatlıq tender keçirməsi inandırıcı görünmür. Belə ki, bundan əvvəl də bir neçə dəfə satınalma müqaviləsi portala yerləşdirilən zaman müqavilənin məbləği yazılarkən texniki səhvə yol verilib.
Dövlət satınalmaları portalında Təhsil Nazirliyinin sözügedən tenderinin məbləğində dəyişiklik edilib.
Nazirlik “Mühəndislik Tikinti Təchizat” QSC-yə 971 milyon 514 min 60 manat yox, 9 milyon 715 min 140 manat 60 qəpik ödəyəcək.
Elnur Əli