Böyük Yeddilik (G7) ölkələrinin liderləri 2020-ci ilin yanvarında Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) məxsus təyyarənin qəzaya uğramasına görə İranın məsuliyyətə cəlb edilməsinin tərəfdarıdır.
Bu barədə müddəa G7 liderləri sammitinin yekunlarına dair bəyanatda öz əksini tapıb.
“Biz İranın Ukrayna Beynəlxalq Hava Yollarının 752 saylı reysinin qanunsuz məhvinə görə məsuliyyət daşıması üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik”, - deyə sənəddə bildirilib.
Xatırladaq ki, İran hərbçiləri 2020-ci il yanvarın 8-də Tehran səmasında UİA təyyarəsini vurub. Rəsmi versiyaya görə, bu, hava hücumundan müdafiə sistemindəki nasazlıq və operatorun səhvi nəticəsində baş verib. İki raketin zərbəsi nəticəsində təyyarə tamamilə məhv edilib və 176 nəfər həlak olub.
Mənbə: rbc.ua