BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr aparılıb

 21-09-2023

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr aparılıb.

Musavat.com xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

Fransa XİN rəhbəri Ketrin Kolonna: Azərbaycan bir neçə həftə ərzində sərhəddə qoşun topladıqdan sonra Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayıb. 

Ketrin Kolonna BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, bu əməliyyat mülki əhaliyə təsir edib. Paris dərhal bu hücumu pislədi və tək deyildi: biz (BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə birlikdə) Azərbaycanı təmkin göstərməyə və beynəlxalq hüquqa hörmət etməyə çağırdıq. Bu hərəkətlərin nəticəsi artıq kifayət qədər ağırdır - yaralananlar və ölənlər var, o cümlədən dinc sakinlər.

"Atəşkəs rejiminə riayət etmək prinsipial əhəmiyyət kəsb edir. Heç kim Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mübahisə etmir, amma təhlükə nədən ibarətdir? Qarabağın erməni əhalisi hüquqlarına hörmət edilən şəraitdə yaşamağa davam etməlidir. 

BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah bin Zayed Əl Nəhyan: Birləşmiş Ərəb Əmirlikləri Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağda atəşkəslə bağlı əldə olunan razılaşmaları alqışlayıb.

BMT Təhlükəsizlik Şurasının iclasında Abdullah bin Zayed Əl Nəhyan Rusiya sülhməramlı kontingentinin bu çətin anda Qarabağ əhalisinə humanitar yardım göstərmək səylərini yüksək qiymətləndirib. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild: Hərbi əməliyyatlar hələlik dayanıb, lakin vəziyyət hələ də son dərəcə çətindir. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib ki, Azərbaycanın Qarabağ əhalisinə münasibətdə beynəlxalq insan hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi var. 

Ölkəsini BMT Təhlükəsizlik Şurasında təmsil edən Maltanın xarici işlər naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Azərbaycanın antiterror tədbirlərindən narahatdır. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski: Rusiya hamıdan çox Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır.

Toqquşma zamanı mülki əhali arasında itkilər olub, sülhməramlılar öz xidməti vəzifələrini yerinə yetirərkən zərbə alıblar, itkilər olub.

Çətin vəziyyətə baxmayaraq, sülhməramlılar mülki əhalinin müdafiəsi üçün əlindən gələni etməyə davam edir. Hərbi əməliyyatların bərpasından bəri
qanın dayandırılması üçün səylər göstərilir, sentyabrın 20-də dayandırılması ilə bağlı razılıq əldə olunub, bu gün Yevlaxda danışıqlar aparılıb.

Mütləq prioritet hərbi əməliyyatların qarşısını almaq və siyasi-diplomatik sahəyə qayıtmaqdır. Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları prioritet məsələdir.

Qeyd edək ki, iclas Azərbaycana qarşı heç bir qərar və qətnamə qəbul edilmədən yekunlaşıb.

Bənzər yazılar

0.37706589698792