Prezidentin nümayəndəsi BMT TŞ-nin iclasını çağırmaq istəyənləri düşünməyə çağırdı

 20-09-2023

Düşünürük ki, bugünkü hadisədən sonra əldə edilən ilkin razılıq tam icra ediləcək və ilkin şərt kimi gələcəkdə sülh prosesinin əldə olunmasına rəvac verəcək.

Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan bundan sonraəsas məsələlərə diqqətini yönəldə biləcək:

"Artıq çox həssas cari vəziyyətin fonunda müvafiq ölkələrə xitab edirik ki, onlar bəyanatlar irəli sürməzdən əvvəl bir neçə dəfə düşünsünlər. Həmin tərəflərə, BMT-nin Təhlükəsiz Şurasının iclasını çağırmaq istəyənlərə müraciət edirik ki, atılacaq addımların ümumi sülh gündəliyinə necə təsir edəcəklərini düşünsünlər. Diqqətimizi əsas sülh prosesinə yönəltmək istəyirik. Beynəlxalq tərəflərin qıcıqlandırıcı təşəbbüs və cəhdləri uzunmüddətli dayanıqlı sülhə heç bir töhfə verməyəcək.”

O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük: “Mən adıçəkilən qurumun Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram. Burada təfərrüatlara varmaq istəmirəm. O baxımdan, bu bəyanatları ciddi qəbul etməməyə çağırıram”.

Prezidentin nümayəndəsi deyib ki, Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq istəyənlər qərəzli tədbirlərdən uzaq durmalıdır: “Bütün bunlar birmənalı olaraq, faydasızdır. Yanlış və qeyri-səmərəlidir”.

Bənzər yazılar

0.18229389190674