Mövcud şərait bölmələrimizin nəzarəti altındadır

 20-09-2023

“Bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında şəxsi heyətin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır”.

Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

MN rəsmisi bildirib ki, onlara bu halda heç bir zərbə endirilməyib: "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır."

Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir: "Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".

Bundan başqa. Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.

"Vətəndaşlardan pul və yardım istənilməsi ilə bağlı onlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar heç bir reaksiya göstərməsin. Silahlı Qüvvələrin maddi texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatın yaxşılaşdırılması təşkil edilir", - o vurğulayıb.

 

 

Bənzər yazılar

0.19633007049561