Vladimir Putin Ukraynada müharibə başlayandan bəri ilk XARİCİ SƏFƏRƏ ÇIXACAQ

 26-06-2022

Rusiya prezidenti Vladimir Putinin gələn həftə üçün nəzərdə tutulan iş planı açıqlanıb.

Bu barədə “Rossiya 1” telekanlının “Moskva. Kreml. Putin” verilişində məlumat verilib.

Bildirilib ki, dövlət başçısı əvvəlcə Düşənbədə Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Daha sonra Rusiya prezidenti Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın daxil olduğu “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Türkmənistana gedəcək.

Putin Rusiyaya qayıdandan sonra iyunun 30-da İndoneziya prezidenti Coko Vidodo ilə görüşəcək. Sonuncusu isə öz növbəsində bir gün əvvəl Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra Moskvaya gələcək.

Mənbə: news.ru

Bənzər yazılar

0.14809989929199