Ruslar Şevçenkovski rayonundakı UŞAQ BAXÇASINI RAKETLƏ VURUB - ŞOK GÖRÜNTÜLƏR

 26-06-2022
Rusiya qoşunlarının Kiyevdə atdığı raketlərdən biri Şevçenkovski rayonundakı uşaq bağçasına düşüb.
 
MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib .
 
Qeyd olunub ki, bağçanın həyətindəki uşaq meydançasının yerində diametri 7 metr olan nəhəng çuxur əmələ gəlib. Bağçanın binasına da ziyan dəyib. Partlayış dalğası bütün şüşə və pəncərə çərçivələrini sıradan çıxarıb.
 
Bildirilib ki, zərbə endiriləbn zaman uşaq bağçası boş olub.
 

Bənzər yazılar

0.27389693260193