Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi olacağam” - VİDEO

 15-09-2023

Baku TV sentyabr döyüşlərində şəhid olan Asiman İmamverdiyevin ailəsini ziyarət edib.

Şəhidin anası Nafiyət İmamverdiyevanın sözlərinə görə, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub:

“Dedi ki, nə olur-olsun hərbçi olacağam. Türkiyədə təlim keçəndən sonra Tovuz döyüşlərində iştirak etdi. Göstərdiyi rəşadətə görə ona “Azərbaycan Bayrağı” ordeni verildi”.

A.İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva isə şəhidimizin qayğıkeş ata olduğunu vurğulayıb:

“Qızımda anadangəlmə ürək qüsuru olduğu üçün ona görə çox narahat idi. İnanıram ki, indi rahatdır. Nuray əməliyyat olunub, çox yaxşıdır”.

Ətraflı videonu təqdim edirik:

Bənzər yazılar

0.15500903129578