Qlobal.az xəbər verir ki, DTX-nin Gömrük Komitəsində əməliyyatından ciddi narahatlıq keçirənlərdən biri də Komitə sədrinin müavini Əsgər Abdullayevdir.
Gömrük Komitəsində 1996-cı ildən İdarə rəisi, 2006-cı ildən isə sədr müavini vəzifəsində çalışan Əsgər Abdullayev Komitəninin "boz kardinal"larından hesab edilir.
Əsgər Abdullayev bir müddət öncə Şağan qəsəbəsində inşa etdirdiyi on milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.
Ümumi sahəsi 4200 kvadrat metr olan malikanənin 3-5 mərtəbədən ibarət olduğu, burada işlənən materialların xaricdən gətirildiyi deyilirdi. Maraqlı məqam isə Komitə sədrinin müavinin inşa etdirdiyi malikanadə mason emblemlərinin olması idi.
Məsələnin aktullağını nəzərə alan Əsgər Abdullayevlə bağlı qısa araşdırma aparılıb. Onun 59 yaşı var. Babək rayounun Nehrəm kəndində anadan olan (S.Mehdiyevlə eyni kənddəndir- red.) Əsgər Abdullayev 2006-cı ildən Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışır.
Sual olunur, o, ölkədə aparılan sağlam kadr islahatlarının tələblərinə cavab verirmi? Əsgər Abdullayev siyasi elitada “köhnə komanda”nın ən üst eşalonunda oturan şəxslərin əmrlərinin Gömrük Komitəsindəki əsas icraçılarından biri olub.
Yeni komanda prinsiplərindən, müasir islahatlar prizmasından tamamilə fərqli reputasiyaya malik Əsger Abdullayevin Gömrük sisteminə rəhbər gətirilməsi bu sahədəki problemləri daha da dərinləşdirə bilər.
Qeyd edək ki, Əsgər Abdullayevlə bağlı maraqlı foto əldə edilib. Fotodan göründüyü kimi, Əsgər Abdullayev təm-təraqlı məclislərin birində rəqqasənin sinəsinə dollar qoyur.
Qeyd edək ki, o zaman medida yazılan bu məlumatı Gömrük Komitəsi təkzib etməmişdi.Xatırladaq ki, 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. General Xəlilov 200 min manatdan artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur. Ehtiram Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.