Allahşükür Paşazadənin deputat kürəkəninin adı məhkəmə çəkişməsində

 08-09-2023

"Posat" Bağ Tikinti Kooperativi (VÖEN - 1002178771) Əmlak Məsələləri Dövlət Xidməti ilə Bilgəh Bələdiyyəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Ekonominfo.az xəbər verir ki, məhkəmə iddiasında maraqlı şəxs kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni, Milli Məclisin deputatı Əliabbas Salahzadənin də adı keçir. Əliabbas Salahzadə həm də sabiq millət vəkili Qalib Salahzadənin oğludur.

Məhkəmə iddiası Bakı Apellyasiya məhkəməsinin hakimi Rəşad Səmədovun icraatına verilib.

Bildirilir ki, iddia torpaq məslələri üzrə mübahisələrlə bağlı qaldırılıb.

Daha əvvəl mətbuata açıqlma verən "Posat" Bağ Tikinti Kooperativi Yadulla Kərimov bildirib ki, Bilgəhdə kooperativə məxsus 4 hektar və əlavə olaraq, qonşu 1,3 hektar (cəmi 5,3 hektar) torpaq sahəsi Qalib Salahzadənin vəfat etmiş nənəsi Camalova Kübra Mir Əbdül Hüseyn qızının adına həyatyanı torpaq sahəsi kimi özəlləşdirilib.

Bənzər yazılar

0.16218209266663