Qalmaqallı xanım rəis işdən çıxarıldı

 08-09-2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Tibb Mərkəzinin rəisi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə nallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Xanım Sofiyeva ilə bağlı Qaynarinfo-da qalmaqallı silsilə tənqidi yazılar dərc edilib. O, bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisini vəzifədən azad edib. İşdən çıxarılanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var. Bu barədə daha geniş məlumat dərc edəcəyik.

Bənzər yazılar

1.4631130695343