Özəl klinika “Bona Dea” ölkədən 64 min dollar PUL ÇIXARIB: Məhkəmə klinikanı CƏRİMƏLƏYƏ BİLƏR

 24-06-2022

Tanınmış özəl klinika “Bona Dea” məhkəməyə verilib.

Kriminalqafqaz”ın məlumatına görə, Mərkəzi Bank tərəfindən hospital barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

“Bona Dea” rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Belə ki, hospital xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin qarşılığında hər hansı xidmət almayıb. Ölkədən çıxarılan valyuta isə geri qaytarılmayıb.

Əldə etdiyimiz məlumata görə, hospitala 2 epizod üzrə protokol tərtib olunub. Protokollara əsasən, ümumilikdə ölkədən çıxarılan valyutanın məbləği 64 min dollara (109 min manat) yaxındır. Protokollar üzrə müddəa təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində (təxminən 32 min manat) cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Bona Dea” 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. 

Bənzər yazılar

0.4516921043396