Azərbaycanda demoqrafik problem: Gənclərin sayı 22 faizdən 18-ə düşə bilər - SƏBƏBLƏR

 06-09-2023

"İndi gənclər ölkə əhalisinin təxminən 22 faizini təşkil edirsə, bir neçə idən sonra bu rəqəm 18 %-ə enə bilər".

Bunu Valyuta.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda gənclərin sayının azalmasının səbəblərindan danışarkən deyib.

Sosioloq bunun gələcəkdə arzuolunmaz nəticəyə gətirib çıxaracağını qeyd edib:

“Biz demoqrafik məsələləri başlı-başına buraxmışıq. Əhali ilə bağlı olan problemlər normal, yüksək səviyyəli cəmiyyətlərdə elmi təhlillər əsasında nəzarət altında olur. Biz də isə bu məsələlərə lazımı diqqət yetirilmir. Gənclərin sayının azalmasının səbəbləri çoxdur. İlk növbədə boşanmaların sayı artıb. Boşanmaların sayı çox olanda ailədə uşaqların da sayı az olur. İkinci bir tərəfdən doğulan uşaqların sayı azalıb. Əvvəllər 1-2 uşaqlı ailələr az idisə, indi belə ailələrin sayı kəskin artır. Bunların hər biri birbaşa ölkədə əhalinin ümumi sayında gənclərin payının azlığına təsir edir”. 

Əhməd Qəşəmoğlu hesab edir ki, gənclərin sayının azalmasına statistika kimi baxmaq olmaz:

“Bu sosologiyada ciddi məsələdir. Ölkədə yaşlı əhali çox olanda təqaüdçlər daha çox olur, vergi ödəyicilərinin sayı azalır. Gənclər çox olduqca xalqın müasir dövrlə uyğunlaşan təbəqəsi daha çox olur. İndiki gəncərin dünyagörüşündə fərq var, ingilis dilini öyrənirlər, müəyyən ölkələrlə əlaqələri çox olur. Gənclər energetik mühiti dəyişir. Ona görə çalışmaq lazımdır ki, balans pozulmasın, gənclərin sayı aşağı düşməsin”.

Əhməd Qəşəmoğlu gənclər arasında oğlanların sayının çox olmasının həmin ölkənin müdafiə qabiliyyəti və qüdrətinin yüksək olmasının göstəricisidir:

“Gənclərin sayı azalanda əsgərlərin də sayı azalır. Bu xeyli problem yaradır. Ona görə də deyirəm ki, Azərbaycanda 3 uşaqlı ailə modeli tətbiq olunmalıdır. Dövlət də ailələrə dəstək olmalıdır, belə olarsa, 3 uşaqlı ailə modeli keçərli olacaq. Ailədə 3 uşaq olanda gənclərin artımı normala qayıdır. Bir uşaqlı ailədə isə təbii ki, gənclərin sayı aşağı enəcək”.

Bənzər yazılar

0.84082698822021